Məcburi köçkün evində döyüldü
10 iyun 2018 03:52 (UTC +04:00)

Məcburi köçkün evində döyüldü

Gəncədə məcburi köçkünlər üçün salınan yeni qəsəbədə döyülmə faktı qeydə alınıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Kəlbəcərdən olan məcburi köçkün, 1995-ci il təvəllüdlü Süleymanov Elnur Tofiq oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. E. Süleymanovun sözlərinə görə, o yaşadığı evdə tanıdığı iki nəfər tərəfindən döyülüb.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 263

Oxşar yazılar