Maştağada avtomobil piyadanı vurdu
09 may 2015 04:54 (UTC +04:00)

Maştağada avtomobil piyadanı vurdu

APA TV-nin məlumatına görə, Maştağa qəsəbəsində 58 yaşlı Səmədov Nizami Barat oğlu naməlum avtomobil tərəfindən vurulub. Yaralı hadisə şahidləri tərəfindən 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Həkimlər Nizami Səmədovun vəziyyətini ağır kimi qiymətləndirirlər. Piyadanı vuran avtomobilin sürücüsü ona heç bir yardım göstərmədən hadisə yerindən uzaqlaşıb.

 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. Piyadanı vuraraq, hadisə yerindən qaçan sürücünün axtarışları davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 130
avatar

Oxşar yazılar