Maşın oğrusu: "Kimin ağlı varsa, balalarını gözüyaşlı qoymasın..."
23 yanvar 2016 10:27 (UTC +04:00)

Maşın oğrusu: "Kimin ağlı varsa, balalarını gözüyaşlı qoymasın..."

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində avtomobil oğurluğunda şübhəli bilinən İsmayıllı rayon sakini, 34 yaşlı Azad Qalib oğlu Dəmirov saxlanılıb.
 
APA TV-nin xəbərinə görə, maşın ustası kimi fəaliyyət göstərən Azad Dəmirov ilk oğurluğu 2014-cü ildə törədib. O, gecə saatlarında Yasamal rayonu ərazisindən "VAZ-2107" markalı avtomobil aparıb.
 
Bu əməlindən peşman olduğunu deyən Azad Dəmirovun sözlərinə inansaq, ikinci oğurluğa ötən ilin sonlarında əl atıb. İstintaq zamanı məlum olub ki, saxlanılan şəxs bu cinayətləri Tahir və Mahir Atakişiyev qardaşları ilə törədib. Azad Dəmirov öz sənətindən istifadə edərək, avtomobillərin detal və kodlarına dəyişiklik edərək onları satıb: “Açar salırdıq. Açılan açılırdı, onu aparırdıq. Mühərriki də açarla işə salırdıq, işə düşməyəndə kabelləri açıb işə salırdıq. Müşfiqabad qəsəbəsində icarəyə yer götürmüşdüm. Maşınları ora aparırdım”.
 
Qeyd edək ki, Tahir və Mahir Atakişiyev qardaşları ötən ilin oktyabrında Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yaxalanaraq istintaqa təhvil veriliblər.
 
Saxlanılan Azad Dəmirov Yusif Nuriyevə məxsus “Tofaş” markalı maşını 1300 manata, "VAZ-2106"-nı isə 1500 manata sata bilib: “Böyük bir səhvdir. Heç kim valideynini gözüyaşlı qoymasın. “Srok”u çəkirik, çöldən xəbərimiz olmur. Kimin ağlı varsa, balalarını gözüyaşlı qoymasın. “Srok”u biz yox, çöldəkilər çəkir. Peşmanam ki, kasıbın malına göz dikmişəm. Çox peşmanam...”
 
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində saxlanılan şəxs barəsində cinayət işi başlanılıb. Hazırda onun digər oğurluqlarda əlinin olub-olmadığı araşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 309
avatar

Oxşar yazılar