Beşqat dünya çempionunun məhkəmə istintaqı başa çatdı
04 iyun 2019 13:28 (UTC +04:00)

Beşqat dünya çempionunun məhkəmə istintaqı başa çatdı

Kikboksinq üzrə beşqat dünya çempionu, Avropa kəmərinin sahibi Ehram Məcidovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
 
APA-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə keçirilən ekspertizanın rəyi elan olunub.
 
Hakim bildirib ki, rəyə əsasən, zərərçəkmiş Bəhruz Dilbazinin xəsarətlərinin ağır olduğu göstərilib.
 
Ehram Məcidovun vəkili ekspertiza rəyinin ziddiyyətli olduğunu bildirib.
 
Vəkil ekspertin məhkəməyə dəvət olunaraq dindirilməsini istəyib.
 
Vəsatət təmin edilməyib.
 
Prosesdə məhkəmə istintaqının tamamlanıb. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.
 
Proses iyunun 11-də davam etdiriləcək.
 
Qeyd edək ki, Ehram Məcidov qayınatası Bəhruz Dilbazini döyməkdə ittiham edilir.Ona qarşı Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 228-ci (soyuq silah gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 415
avatar

Oxşar yazılar