Maşın aşdı, sərnişin öldü
17 iyun 2014 13:00 (UTC +04:00)

Maşın aşdı, sərnişin öldü

0

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, dünən rayonun Xudat şəhərinin ərazisində şəhər sakini Rəşad Novruzov idarə etdiyi  “Nissan” markalı avtomobili aşırıb.

 

Avtomobildəki sərnişin, Mançar-Oba kənd sakini Kamil Ağamirzəyev xəstəxanada keçinib.

 

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 795

Oxşar yazılar