Qazaxda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun Qazax rayonu Çaylı kəndi ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan “Mercedes Vito” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində iki nəfər - Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü Bağırov Eşqin Tofiq oğlu və onun həyat yoldaşı, 1992-ci il təvəllüdlü Bağırova Şərqiyyə İlqar qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.