Masallıda və Ağdamda yanğın olub
10 iyun 2018 13:20 (UTC +04:00)

Masallıda və Ağdamda yanğın olub

0

Masallı rayonunda yanğın olub. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Ərkivan qəsəbəsində ümumi sahəsi 60 m² olan talvarın yanar konstruksiyaları 40 m² sahədə yanıb. Yaxınlıqda olan yaşayış evi yanğından mühafizə olunub.

 

Oxşar hadisə Ağdam rayonu, Xındırıstan kəndində də baş verib. Ümumi sahəsi 120 m² olan tikilinin (kafe kimi fəaliyyət göstərir) tavanı və dam örtüyünün yanar konstruksiyaları 51 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 446

Oxşar yazılar