Masallıda kafe külə döndü
11 iyun 2017 06:14 (UTC +04:00)

Masallıda kafe külə döndü

0

Masallıda kafe yanaraq külə dönüb.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Masallının Mahmudavar kəndində qeydə alınıb. Kənd sakini Kərimov Əzizağaya məxsus “Qamaş” kafesində qəfil yanğın baş verib. Dərhal hadisə yerinə  FHN-nin Masallı və Lənkəran  yanğından mühafizə hissəsinin canlı qüvvəsi və hər rayondan bir  texnika cəlb olunub. Ümumi sahəsi 220 kv.m olan kafe içindəki əşyalarla birlikdə yanaraq kül olub. Qısa müddət ərzində yanğın lokallaşdırılaraq yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Hadisəyə səbəb kimi elektrik naqillərində yaranan qısaqapanma göstərilir.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 283

Oxşar yazılar