Masallıda hədə qorxu ilə pul tələb edən şəxs saxlanılıb.
Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, mayın 20-də DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Masallı rayonunun Xıl kəndi ərazisində bir nəfərin kənd sakini Elşən Bəşirovu bıçaqla hədələyib pul tələb edərək döyməsi barədə müraciət daxil olub.
Masallı RPŞ əməkdaşları tərəfindən aparılmış araşdırmalarla kənd sakini Mehdi Məmmədovun E.Bəşirova zor tətbiq edib 251 manat pul alması müəyyən edilib.
Görülmüş tədbirlərlə soyğunçuluğu törətməkdə şübhəli bilinən M.Məmmədov saxlanılmış və törətdiyi əməli etiraf edib. Faktla əlaqədar cinayət işi başlanmışdır, araşdırma aparılır.