Masallı sakinindən odlu silah aşkarlanıb.
Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şıxlar kənd sakini Ağamir Seyidzadəyə məxsus “Lada” markalı avtomobilə baxış zamanı “TOZ-8” markalı tüfəng və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.