İyulun 3-də gecə saatlarında Mahaçqalada güc strukturlarının əməkdaşları ilə yaraqlı arasında atışma olub.
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, hökumət qüvvələri onu saxlamağa cəhd göstərib. Məlumata əsasən, o, müqavimət göstərib. Atışma nəticəsində yaraqlı öldürülüb.
Yaraqlının 1990-cı il təvəllüdlü Rizvan Əliyev olduğu ehtimal edilir. Onun üstündə tapança aşkarlanıb.
Hökumət qüvvələri arasında xəsarət alan olmayıb.