LNS piramida şəbəkəsinin daha bir üzvü həbs edildi
13 iyun 2014 19:09 (UTC +04:00)

LNS piramida şəbəkəsinin daha bir üzvü həbs edildi

LNS piramida şəbəkəsinin daha bir üzvü həbs edilib. Lent.az-ın xəbərinə görə, Bakı Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsi ilə aparılan cinayət işində LNS şəbəkəsinin rəhbərlərindən olan Əhliman Camalovun barəsində Xətai rayon məhkəməsinin qərarı ilə 2 aylıq həbs qəti imkan tədbiri seçilib. 

 

Ə.Camalov vətəndaşların etibarından istifadə etməklə dələduzluqda, çoxsaylı zərərçəkənlərin pulunu mənimsəməkdə təqsirləndirilir.

 

Bundan əvvəl LNS şəbəkəsinin rəhbərlərindən olan rejissor Ağalar İdrisoğlu, şəbəkə liderləri Nəsir Hüseynov, Rasim Muradov həbs olunmuşdu.

Şirkətin digər rəhbəri Hüseyn Nuriyev barəsində cinayət işinin istintaqı davam etdirilir.   

Bir müddət əvvəl KİV-də bir qrup şəxsin müraciəti əsasında LNS şəbəkəsinin rəhbərləri kimi təqdim olunan Ağalar İdrisoğlu, Hüseyn Nuriyev, Nəsir Hüseynov, Əhliman Camalov və qeyrilərinin vətəndaşlardan işə düzəltmək və gəlir əldə etmək adı ilə külli miqdarda pul almalarına dair məlumatlar yayılmışdı.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1257
avatar

Oxşar yazılar