Lerik rayon sakini intihar edib.
APA-nın cənub bürosunun məlumatına görə, rayonun Piran kəndində 1961-ci il təvəllüdlü Mirzahid Abuzər oğlu Əliyev həyətyanı sahədə özünü asaraq öldürüb.
Qeyd edək ki, mərhum ailəli olub, 3 oğlu və 1 qızı var.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.