Lənkəranda kanala düşən uşaq boğulub.
Lent.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, martın 20-də Lənkəran rayonunun Siyavar kəndində 3 yaşlı Həsən Həsənzadə kənd ərazisindəki su kanalına düşərək boğulub. Uşağın meyiti sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.