Lənkəranda saxta pul satan şəxslər tutulub - YENİLƏNİB
25 iyun 2014 15:50 (UTC +04:00)

Lənkəranda saxta pul satan şəxslər tutulub - YENİLƏNİB

Lənkəranda saxta pul əsginaslarının dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb. Bu barədə məlumatı APA-nın cənub bürosuna Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) müstəntiqi Toğrul Hüseynov verib. Onun sözlərinə  görə, Şərur rayon sakini, 1987-ci il təvəllüdlü Əsgər Gülağa oğlu Abbasov və Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Cavidan Qurban oğlu Həsənov rayonun Liman şəhəri ərazisindəki mağazalarda üzərlərində gəzdirdikləri saxta pul əsginaslarını dəyişərkən şübhəli şəxs qismində saxlanılaraq Liman Şəhər Polis Bölməsinə gətiriliblər. Bölmədə onların üzərinə baxış keçirilərkən Əsgər Abbasovun üstündən 26 ədəd 100 manatlıq və 34 ədəd 50 manatlıq saxta əsginas aşkar edilərək götürülüb.

 

Faktla bağlı Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin 204.2 maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 

Qeyd edək ki, bu gün Binəqədi Rayon Məhkəməsində saxlanılan Əsgər Abbasovla bağlı  eyni əmələ görə cinayət işi üzrə məhkəmə iclası keçirilməli idi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1162
avatar

Oxşar yazılar