Lənkəranda ikimərtəbəli ev yandı, xəsarət alan var
30 aprel 2016 04:21 (UTC +04:00)

Lənkəranda ikimərtəbəli ev yandı, xəsarət alan var

0

Lənkəranda yanğın hadisəsi qeydə alınıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Lənkəran rayonu, Liman şəhərində vətəndaşa məxsus ümumi sahəsi 190 kv.m olan ikimərtəbəli 5 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 45 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə yanıb.

 

Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 334

Oxşar yazılar