Lənkəranda bir neçə yerdən oğurluq edən şəxs saxlanılıb
31 iyul 2018 10:35 (UTC +04:00)

Lənkəranda bir neçə yerdən oğurluq edən şəxs saxlanılıb

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobillərdən və mağazadan oğurluq edən şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə,  şəhər sakini N. Kazımlı Lənkəran ŞRPŞ-nə ərizə ilə müraciət edərək işlədiyi mağazadan özünə məxsus 480 manat dəyərində “Samsung” markalı mobil telefonun naməlum şəxs tərəfindən oğurlandığını bildirib.

 

Həmin oğurluğu törədən şəxsin rayonun Göyşaban kənd sakini Bilal Verdiyev olduğu müəyyən edilib və saxlanıldıqdan sonra oğurladığı mobil telefon ondan maddi sübut kimi götürülüb. Bundan başqa Lənkəran ŞRPŞ və DİN-in Kriminalistik Tədqiqatlar idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı B. Verdiyevin digər oğurluq əməlləri də üzə çıxıb. Belə ki, onun cari ilin 5 iyul tarixində eyni gündə rayon ərazisində 2 avtomobildən 500 manat pul və maqnitofon oğurladığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 272
avatar

Oxşar yazılar

İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56