Lənkəranda 70 yaşlı kişi dənizdə boğulub
22 iyun 2014 22:49 (UTC +04:00)

Lənkəranda 70 yaşlı kişi dənizdə boğulub

0

Lənkəranda 70 yaşlı kişi dənizdə  çimərkən boğulub. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin Cənub Dalğıc Qrupunun rəhbəri İlkin Ağayevin APA-nın cənub bürosuna verdiyi məlumata görə, Lənkəran şəhər sakini, 1944-cü il təvəllüdlü  Akif Yunus oğlu Tağıyev iyunun 22-də saat 18.30 radələrində dənizdə çimərkən boğulub.

 

FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin Cənub Dalğıc Qrupunun dalğıclarının axtarışları sayəsində A.Tağıyevin cəsədi tapılaraq sudan çıxarılıb və  aidiyyəti yerə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 879

Oxşar yazılar