Lənkəranda intihara cəhd faktı qeydə alınıb. APA-nın cənub bürosunun məlumatına görə, hadisə aprelin 24-də axşam saatlarında rayonun Mamusta kəndində baş verib.
Kənd sakini, 1965-ci il təvəllüdlü Seyran Yaşar oğlu Hacıyev yaşadığı evdə kəndirdən özünü asıb. Vaxtında özünü çatdıran həyat yoldaşı S.Hacıyevin ölümünün qarşısını alıb.
Hadisə yerinə dərhal sahə həkimi çağırılıb. Müvafiq ilkin tibbi yardımdan sonra S.Hacıyev xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyətinin stabil olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.