Lənkəranda döyülmə faktı qeydə alınıb. APA-nın cənub bürosunun xəbərinə görə, hadisə rayon ərazisində, qohumlar arasında baş verib.
Məlumata görə, nəvəsi tərəfindən döyülən qadın, yeznəsi olan rayon sakini, 1963-cü il təvəllüdlü Nürəddin Allahverdi oğlu Xasızadəni köməyə çağırıb. Qohumunu sakitləşdirməyə çalışan N. Xasızadə də döyülüb.
Sifət nahiyəsindən xəsarət alan yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Faktla bağlı araşdırma aparılır.