Lənkəran rayonunun Girdəni kəndi ərazisində yağan yağışlar nəticəsində köməksiz vəziyyətdə qalmış 27 nəfər xilas edilib. Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən keçirilən əməliyyatlar nəticəsində xilas edilənlərin sayı 11 nəfəri uşaq olmaqla 27 nəfərə çatıb. Hazırda xilasetmə işləri davam etdirilir. Xilasetmə işlərinin gedişi ilə bağlı əlavə məlumat veriləcək.
***
12:39
Bu gün Lənkəran rayonu, Girdəni kəndi ərazisində yağan yağışlar nəticəsində vətəndaşların fərdi yaşayış evləri və həyətyanı sahələri su ilə dolub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, bu barədə FHN-nin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Əraziyə cəlb olunmuş nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən köməksiz vəziyyətdə qalmış 9 nəfəri uşaq olmaqla 19 nəfəri xilas edilərək təhlükəsiz əraziyə təxliyə ediliblər.
Xatırladaq ki, hazırda xilasetmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.