Kürdəmirdə ağır qəza: bir nəfər ölüb, 5 nəfər xəsarət alıb - YENİLƏNİB
01 iyul 2014 10:51 (UTC +04:00)

Kürdəmirdə ağır qəza: bir nəfər ölüb, 5 nəfər xəsarət alıb - YENİLƏNİB

0
 Kürdəmirdə 1 nəfərin ölümü, 5 nəfərin isə xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

APA – nın yerli bürosunun məlumatına görə, hadisə bu gün axşam saat 22:00 radələrində Bakı – Qazax əsas magistral yolunun Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb. Tovuz rayon sakini 33 yaşlı Kərimov Niyamməddin Allahverdi oğlu idarə etdiyi “KaMaZ” markalı yük maşınını yol kənarında dayanmış Şabran rayon sakini 34 yaşlı Məmmədtağıyev Mehrab Baba oğluna məxsus “VAZ - 2107” markalı minik maşınına çırpıb. Nəticədə hər 2 maşının sürücüsü və M. Məmmədtağıyevin həyat yoldaşı 28 yaşlı  Məmmədtağıyeva Ofelya Əhəd qızı, qızları - 6 yaşlı Mehriban və 7 yaşlı Könül Məmmədtagıyevalar ağır vəziyyətdə Kürdəmir Mərkəzi Rayon xəstəxanasına çatdırılıb. Ailənin hələlik adı məlum olmayan daha bir üzvü 8 aylıq oğlan uşağı isə hadisə yerində dünyasını dəyişib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1450

Oxşar yazılar