Bu gün FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kürdəmir rayonu, Köhünlü kəndində 1 nəfərin Kür çayında batması barədə məlumat daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Axtarış işləri barədə əlavə məlumat veriləcək.