Kür çayında batan şəxsin meyiti tapılıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, iyunun 21-də Kür çayının Sabirabad rayonunun Muğan Gəncəli kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1976-cı il təvəllüdlü Hüseynov Asəf Ağaqulu oğlunun axtarışları başa çatıb. A. Hüseynovun meyiti Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.