Bu gün Kür çayının Kürdəmir rayon ərazisindən keçən hissəsində meyiti tapılan 1989-cu il təvəllüdlü Maqsud Məmmədsadıq oğlu Zamanovun intihar etdiyi ehtimal olunur.
APA-nın yerli bürosunun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Kürdəmir rayon sakini M. Zamanov qardaşına zəng edib və "haqqınızı halal edin" deyərək telefonu söndürüb.
Daha sonra ona zəng çatmayıb. Bu səbəbdən də onun intihar etdiyi güman edilir.
M. Zamanovun ölümünün dəqiq səbəbi Kürdəmir rayon Prokurorluğunda aparılan araşdırmanın nəticəsində sonra məlum olacaq.
xxxx
15:01
Bu gün Kürdəmir rayonunun Köhünlü kəndi ərazisində Kür çayında batan gəncin meyiti sudan çıxarılıb. Lent.az FHN-in saytına istinadən xəbər verir ki, Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aparılan axtarış işləri başa çatıb və 1989-cu il təvəllüdlü Zamanov Maqsud Məmmədsadıq oğlunun cəsədi dalğıc-axtarış qrupu tərəfindən batdığı ehtimal edilən yerdən 100 m aralıda tapılaraq sudan çıxarılıb. Meyit aidiyyəti üzrə təhvil verilib.