Sabirabadda 24 gün əvvəl itkin düşən 22 yaşlı oğlanın meyiti sudan çıxarılıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Kür çayının Sabirabad rayonu Azadkənd kəndindən keçən hissəsində meyiti tapılan şəxsin Sabirabad rayonunun Dadaşbəyli kənd sakini, iyunun 4-də itkin düşən 1996-cı il təvəllüdlü Xancan Malik oğlu Osmanov olduğu müəyyənləşib.
Faktla bağlı Sabirabad rayon Prokurorluğunda araşdırma aparılır.
***
16:12
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Kür çayının Sabirabad rayonu, Azadkənd kənd hissəsindən keçən, nəzarətsiz ərazidə naməlum kişi cəsədi aşkar edilib. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Cəsəd sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.