Külli miqdarda narkotikin Azərbaycana gətirilməsinin qarşısı alındı
27 aprel 2015 16:30 (UTC +04:00)

Külli miqdarda narkotikin Azərbaycana gətirilməsinin qarşısı alındı

 

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri nəticəsində dövlət sərhədindən külli miqdarda narkotik vasitələrin qanunsuz yolla Azərbaycana gətirilməsinin qarşısı alınıb, ümumilikdə 11,4 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

 

DSX-nın mətbuat mərkəzindən APA-ya verilən məlumata görə 17 aprel 2015-ci il tarixində, səhər saat 05:00 radələrində Cəlilabad rayonunun Dələli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində 3 nəfərdən ibarət qaçaqmalçı qrup tərəfindən külli miqdarda narkotik maddə olan 1 kq 920 qram heroinin və 3 kq 260 qram marixuananın Azərbaycana gətirilməsinin qarşısı alınıb.

 

Sərhəd naryadının qanuni tələblərinə tabe olmayan sərhəd pozucularına qarşı sərhəd naryadı tərəfindən silahın təlimata uyğun tətbiqi nəticəsində İran İslam Respublikası vətəndaşı olan sərhəd pozucusu Mehdi Ağaməhəmmədi yaralanıb. Cinayətkar dəstənin digər üzvləri havanın qaranlıq olmasından və ərazinin relyef xüsusiyyətlərindən istifadə edərək hadisə yerindən yayınıblar. Yaralı sərhəd pozucusuna zəruri tibbi yardım göstərilib, hazırda vəziyyəti stabildir.

 

17 aprel 2015-ci il tarixdə saat 02:00 radələrində Beyləqan rayonunun Əhmədli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində həyata keçirilən digər əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olan İran İslam Respublikasının vətəndaşları Məsrufi Xeyrulla Məhəmməd oğlu və Mahmudi Əsgər Yadulla oğlu külli miqdarda narkotik maddə olan 710 qram marixuananı, 1 kq 990 qram tiryəki və 1 kq 10 qram həşişi Azərbaycan Respublikası ərazisinə keçirərkən yaxalanıblar. Sərhəd pozucularının üzərinə baxış keçirərkən 3 ədəd mobil telefon aşkar olunaraq götürülüb.

 

Həmçinin DSX-nın hərbi qulluqçuları tərəfindən sərhədboyu zonada həyata keçirilən rejim tədbirləri çərçivəsində 19 aprel 2015-ci il tarixdə Cəlilabad rayonunun Dələli kəndinin ərazisində 1 ədəd bağlamada külli miqdarda narkotik maddə olan 1 kq marixuana, 1 kq 500 qram tiryək və 1105 ədəd dərman preparatları aşkarlanıb.

 

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar qrupların digər üzvləri İmişli rayon Bəhrəmtəpə kənd sakini Abdullayev Bakir Həsən oğlu, Masallı rayon sakinləri Mansurov Vüqar Tapdıq oğlu və Əliyev Murad Hacıəli oğlu müəyyənləşdirilərək istintaqa cəlb olunub.

 

Qeyd olunan faktlarla bağlı DSX-nin İstintaq və Təhqiqat İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-in 318-ci (dövlət sərhədini qanunsuz keçmə), 206-cı (qaçaqmalçılıq) və 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi başlayıb. Saxlanmış cinayətkar dəstənin üzvləri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Hazırda həmin cinayət işləri üzrə cinayətin digər iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədilə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 101
avatar

Oxşar yazılar

Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43
Güclü külək Zaqatalada fəsadlar törətdi

Güclü külək Zaqatalada fəsadlar törətdi

14 dekabr 2024 , 08:19
Bakıda BƏDBƏXT HADİSƏ:  Yeniyetmə məşqdə boğulub öldü

Bakıda BƏDBƏXT HADİSƏ: Yeniyetmə məşqdə boğulub öldü

14 dekabr 2024 , 03:10
Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü

Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü

13 dekabr 2024 , 19:46
11 yaşlı məktəbli qız özünü asdı

11 yaşlı məktəbli qız özünü asdı

13 dekabr 2024 , 19:07
Evdə ana və 3 uşağının  meyiti tapıldı

Evdə ana və 3 uşağının meyiti tapıldı

13 dekabr 2024 , 18:15