Siyəzən rayonunda güclü külək fəsadlara səbəb olub. Lent.az-ın anspress-ə istinadən məlumatına görə, külək Siyəzən rayonunun Şamil Bəxşiyev küçəsində yerləşən evlərdən birinin dam örtüyünü uçurub. Dam örtüyünün hissələri təxminən 150 metr kənara yayılıb və Heydlər Əliyev prospekti ilə üzü Bakı istiqamətinə doğru hərəkət edən "KİA" markalı avtomobilin üzərinə düşüb.
Dam örtüyü avtomobillə yanaşı iki elektrik dirəyinin naqillərini də yarasız hala salıb. Xoşbəxtlikdən avtomobildəki şəxslər ciddi xəsarət almayıb.
Külək binanın damını bahalı avtomobilin üstünə atdı
0
0
0
0