Küçədə can verən qadının qohumları həkimlərə hücum etdi
19 iyun 2014 06:37 (UTC +04:00)

Küçədə can verən qadının qohumları həkimlərə hücum etdi

0

 

Bakının Nizami rayonunda 55 yaşlı qadın elə küçədəcə qəfildən dünyasını dəyişib. APA TV-nin məlumatına görə, hadisə Qara Qarayev prospekti 96 ünvanında metronun "Neftçilər" stansiyasının yaxınlığında baş verib.  Şəki şəhər sakini Əbdürrəhimova Nərgiz Həbullah qızı kirayədə yaşadığı mənzilə gedən zaman halı  pisləşib.  Qadın yaşadığı binanın qarşısında yerə yıxılıb. Bina sakinləri 55 yaşlı qadına ilkin yardım göstərsələr də, Nərgiz Əbdürrəhimovanın vəziyyəti get-gedə pisləşdiyindən, təcili tibbi yardıma məlumat verilib. Lakin həkim briqadası gələnə qədər qadın dünyasını dəyişib. Hadisə yerində təcili tibb yardım stansiyasının həkimləri ilə mərhumun qohumları arasında qarşıdurma yaranıb.

 

Nizami Rayon Polis İdarəsi və rayon prokurorluğunun əməkdaşları da hadisə yerində araşdırma aparıblar. Şahidlərin və dünyasını dəyişən qadının yaxınlarının ifadələri alınıb. İlkin araşdırma nəticəsində məlum olub ki, Nərgiz  Əbdürrəhimova bir müddətdir "8-ci kilometr bazarı"nda ticarətlə məşğul olurmuş. Hadisədən bir neçə gün əvvəl isə o, ürək ağrılarından həkimə müraciət edib. Qadının məhz ürəyindəki problemlər üzündən dünyasını dəyişdiyi ehtimal olunur.

 

Hadisə yerində aparılan araşdırmadan sonra isə meyit daxili müayinə üçün ekspertizaya aparılıb. Ölümün dəqiq səbəbi Nizami rayon Prokurorluğundakı araşdırmalardan sonra məlum olacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2128

Oxşar yazılar