Körpünün üstündə “Mercedes” yük maşınına çırpılıb
10 iyun 2014 14:46 (UTC +04:00)

Körpünün üstündə “Mercedes” yük maşınına çırpılıb

0

Bu gün Bakının ən böyük nəqliyyat qovşağı olan Böyükşorda avtomobil qəzası baş verib. Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qovşaqdakı körpülərdən birində, Ziya Bünyadov prospektini Qara Qarayev prospekti ilə birləşdirən yol ötürücüsündə minik avtomobili ilə yük maşını toqquşub. Nəticədə minik avtomobilinə ciddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

 

Qəza nəticəsində körpüdə avtomobillərin sıxlığı yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 866

Oxşar yazılar