Azərbaycanda ərlə baldız birləşib qadını xəstəxanalıq etdilər: "Bacımın ərimdə gözü var"
Bacısı və əri tərəfindən döyülən qadının vəziyyəti orta-ağırdır.
Bu barədə Lent.az-a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilir ki, Bürcəliyeva Gülnarə Binnət qızı dünən gecə təcili tibbi yardım maşını ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Ona başın və bədənin müxtəlif nahiyələrinin əziyi diaqnozu qoyulub. Həkimlər tərəfindən xəstəyə lazımi tibbi yardımlar göstərilib, hazırda qadının vəziyyəti orta-ağır stabil qiymətləndirilir.
DİN Gəncə Regional qrupundan Lent.az-a daxil olan məlumatda isə qadını döyən hər iki şəxsdən izahat alındığı və yaxın zamanlarda məsələyə hüquqi qiymət veriləcəyi qeyd olunub.
saat: 04:50
Şəmkirdə bir qadının iki nəfər tərəfindən döyülmə faktı qeydə alınıb.
APA-nın yerli bürosunun məlumtına görə, hadisə rayonun Alabaşlı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1966-cı il təvəllüdlü Bürcəliyeva Gülnarə Binnət qızı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
Qadının sözlərinə görə o, boşanan əri və onun bacısı tərəfindən döyülüb. Qadının deməsinə görə bacısının onun boşandığı ərində gözü olub. Elə hadisə də tərəflər arasında bu səbəbdən baş verib.
Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.
2729