Kərbəlada itkin düşməsi bildirilən azərbaycanlı zəvvar öldü
Kərbəlaya ziyarətə gedən İmişli rayonunun axundu orada dünyasını dəyişib.
Lent.az trend-ə istinadən xəbər verir ki, bu ayın əvvəllərində digər azərbaycanlı zəvvarlarla İraqa - Kərbəla ziyarətinə yola düşən Yusifov Davər Qafar oğlu orada itkin düşüb. Bir müddət sonra isə Davər Yusifovun Kərbəlada insanlar arasında sıxlığa düşərək dünyasını dəyişidiyi bildirilib.
Bu barədə Trend-ə axundun yaxınları xəbər veriblər. Onların dediyinə görə, ziyarətdə insanların sıx olduğu bir yerdə axundun ürəyi tutub və o dünyasnı dəyişib. Hazırda onun meyiti Kərbəla xəstəxanasının morqundadır.
Xatırladaq ki, D.Yusifov İmişli rayon Sarıxanlı kəndinin axundudur. Bir neçə gün əvvəl onun itkin düşməsi barədə xəbər vermişdik.
1551