11:21
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ötən gün baş verən zəlzələ ilə əlaqədar Zaqatala rayonuna gedib.
APA-nın məlumatına görə, K. Heydərov Zaqatala rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə birlikdə zəlzələdən zərərçəkən kəndlərə baş çəkəcək, sakinlərlə görüşəcək.
Qeyd edək ki, iyunun 5-i axşam saat 22:40 radələrində Zaqatala rayonu ərazisində 6 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələ nəticəsində bəzi evlərdə çatlar əmələ gəlib.