Bir neçə nəfərdən qanunsuz saxlanılan silah-sursat götürülüb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının bu istiqamətdə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş İlham Nəsibovdan “AK” markalı silah, 1 ədəd patron darağı və 22 ədəd patron götürülüb.
Əldə edilmiş məlumatlar əsasında Salyan Rayon Polis Şöbəsi əməkdaşlarınını keçirdikləri tədbirlər nəticəsində Alçalı kənd sakini Eltac Əkbərovun evindən 1 ədəd, Yenikənd kənd sakini Əvəz Rzayevdən isə 2 ədəd müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngləri götürülmüşdür.
Götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub.
Faktlarla bağlı araşdırmalar aparılır.