Yardımlı rayon sakinindən külli miqdarda narkotik götürülüb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yardımlı rayonu ərazisində rayon sakini, əvvəllər məhkum olunmuş Yavər Azadovdan 14 kiloqram 470 qram tiryək götürülüb.
Araşdırma aparılır.