Keçmiş məhbusun evindən narkotik tapıldı
05 iyul 2014 11:42 (UTC +04:00)

Keçmiş məhbusun evindən narkotik tapıldı

0

 Sabunçu qəsəbəsi “26 Bakı Komissarı” küçəsində yaşayan 1963-cü il təvəllüdlü əvvəllər məhkum olunmuş Eyvaz Məmmədov yenidən həyatını dəmir barmaqlıqlar arasında keçirəcək. Baş Polis İdarəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində keçmiş məhbusun yaşadığı evin həyətindən, aqrotexniki qaydada qulluq edilmiş yaş çəkisi 2 kiloqram 800 qram olan 4 ədəd çətənə kolu və evindən 1 kiloqram 110 qram qurudulmuş marixuana aşkar olunub.

                                                                                   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 790

Oxşar yazılar