Şəki sakini keçmiş həyat yoldaşını və qaynanasını döyüb.
Lent.az-ın xəbərinə görə, hadisə Şəki şəhərində qeydə alınıb. Şəki şəhər sakini Ruslan Əmrahov 4 il əvvəl ayrıldığı arvadının ata evinə gedib və orda keçmiş həyat yoldaşı, 1986-cı il təvəllüdlü Vüsalə Kamil qızı İsmayılovanı, həmçinin onun anası 1963-cü il təvəllüdlü Mənsurə Məmmədəli qızı Məmmədova ilə mübahisə edib.
Mübahisə zamanı Ruslan Əmrahov qadınların hər ikisini döyüb.
Onlar Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.
Xəstəxanadan bildirilənə görə, Vüsalə İsmayılovanın xəsarəti yüngül olduğundan ona ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. Mənsurə Məmmədovaya isə qapalı kəllə-beyn və üst dodağın əzilmiş və cırılmış xəsarətləri dioqnozu qoyulub, müalicəsi xəstəxanada davam etdirilir, vəziyyəti orta-ağır qiymətləndirilir
.
Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.
Vüqar Heydərov