Keçmiş həyat yoldaşını öldürən şəxsə hökm oxundu
Keçmiş həyat yoldaşını öldürməkdə təqsirləndirilən Xosrov Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən,X.Məmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il Suraxanı rayonu Qaraçuxur qəsəbəsində baş verib. 35 yaşlı X.Məmmədov keçmiş həyat yoldaşı, 33 yaşlı Əfsanə Məmmədova ilə küçədə mübahisə edib. Mübahisə zamanı o, Ə.Məmmədovanı bıçaqlayıb. Qadın hadisə yerindəcə ölüb.
X.Məmmədov ilkin ifadəsində cinayəti qısqanclıq zəmnində törətdiyini deyib.
791