Cəzaçəkmə müəssisəsinə telefon keçirməsinin qarşısı alınıb. Lent.az-ın Ədliyyə Nazirliyi Penitensiar Xidmətin saytına istinadən məlumatına görə, Bakı İstintaq Təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin 221.3 maddəsinə əsasən təqsirli bilinərək həbs edilən şəxs Elşad Şirvan oğlu Abbasovun yanına qısamüddətli görüşə gəlmiş vətəndaş Edqar Bəhmən oğlu Əmirovun görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Axtarış zamanı gətirdiyi sovqatdakı kartofun içərisində xüsusi üsulla gizlədilən, daxilində “Nar” danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.