Kanadada təyyarə qəzası nəticəsində 3 nəfər ölüb
03 iyun 2019 08:16 (UTC +04:00)

Kanadada təyyarə qəzası nəticəsində 3 nəfər ölüb

0
Kanadanın Albert əyalətində, yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. 
 
ONA TASS-a istiadla xəbər verir ki, qəza nəticəsində 3 nəfər ölüb. 
 
Qəza təyyarə hava limanından havaya qalxandan az sonra baş verib. 
 
Təyyarənin qalıqları hava limanından təxminən 30 kilometr kənarda tapılıb. 
 
Ölənlərin kimliyi ilə bağlı hələlik heç bir məlumat verilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 693

Oxşar yazılar