Samuxda oğurluq əməli törətmiş şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Samux RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 21-də rayon sakini Fizulət Hüseynovaya məxsus kafedən 80 manat pul, qızıl və məişət əşyaları oğurlamış Gəncə şəhər sakini Samir Əsədov tutulub.
Araşdırma aparılır.