Kafedə qadını öldürən şəxsin məhkəməsi başlayır
Ağdamda kafedə qadını öldürməkdə təqsirləndirilən Ayaz Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib və iş hakim Faiq Mahmudovun icraatına verilib.
Qeyd edək ki, hadisə bu il rayonun Əhmədağalı kəndində yerləşən “Balıqçılıq” kafesində qeydə alınıb. Yuxarı Yüzbaşılı kənd sakini, 1964-cü il təvəllüdlü Vəliyeva Təzəgül Sadıq qızı naməlum səbəbdən 1969-cu il təvəllüdlü Quliyev Ayaz Kərim oğlu tərəfindən bıçaqlanıb. Qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
A.Quliyev barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
696