“Məni çox gözəl qarşıladılar. Qayğımı çəkirlər. İvonna ilə görüşmək o qədər xoşdur ki? Bilsəz necə xoşbəxtəm? Bunu Lent.az-ın müxbiri ilə söhbətində hazırda İmişlinin Murğuzalı kəndinə, əmisi qızı İvonna Botto-Şirməmmədovaya qonaq gələn Marsel Qrequar bildirib.
Xanım Qrequarın dediyinə görə, əksər qohumlar da İvonnanı Azərbaycanda ziyarət etmək istəyir. “Mənim qardaşım oğlu Jan-Yves də yaxınlarda İvonnanı görmək üçün Azərbaycana gəlmək niyyətindədir”.
Marsel xanım bir neçə gün əmisi qızı İvonnanın yanında qaldıqdan sonra yenidən Fransaya dönəcək. Əməkdaşımızla söhbətində o bildirdi ki, qohumlar İvonna həsrətlə gözləyirlər. Onu yenə Fransada görmək istəyirlər, çünki ondan ötrü darıxırlar”.