İtkin düşmüş keçmiş ANS-çinin meyiti tapıldı - <span style="color:red;">YENİLƏNİB
28 fevral 2019 14:09 (UTC +04:00)

İtkin düşmüş keçmiş ANS-çinin meyiti tapıldı - YENİLƏNİB

0

Sumqayıtda meyiti tapılan şəxsin bir müddət əvvəl itkin düşmüş, 1990-cı il təvəllüdlü Pərviz İlqar oğlu Quliyev olması müəyyən edilib. ONA-nın məlumatına görə, P. Quliyev fevralın 22-də metronun "Azadlıq" stansiyası yaxınlığında itkin düşüb. Onun itkin düşməsi barədə yaxınları sosial şəbəkələrdə məlumat paylaşıblar.

Lent.az modern.az-a istinadən bildirir ki, P.Quliyev 4 gün idi yaxınları tərəfindən axtarılırdı. O, ANS TV-nin sabiq işçilərindəndir.
 
29 yaşlı Pərviz Quliyev ANS TV bağlanana qədər orada çalışıb. Bu məlumatı keçmiş ANS-çilər də sosial şəbəkədə paylaşıblar.
 

Saat 13:26

 

Sumqayıt şəhərində dəniz kənarından kişi meyiti tapılıb. ONA-nın yerli bürosunun verdiyi məlumata görə, şəhərin dənizkənarında, "Mayak" adlanan ərazidə asılmış kişi meyiti aşkarlanıb. Aparılan araşdırmalar nəticəsində meyiti tapılan şəxsin, Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Pərviz Quliyev olması müəyyən edilib. Meyit müayinə olunmaq üçün ekspertizaya təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1379

Oxşar yazılar