İstirahət mərkəzindən oğurluq edənlər tutuldu
Masallıda istirahət mərkəzindən oğurluq olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 26-da rayon ərazisindəki istirahət mərkəzlərinin birində 3 qadının ümumilikdə 200 manat və 100 ABŞ dollarını oğurlamaqda şübhəli bilinən Qəriblər kənd sakini, əvvəllər məhkum olunmuş E.Ağayev saxlanılıb.
Araşdırma aparılır.
494