İstanbulda yük maşını və avtobusun toqquşması nəticəsində azı 17 nəfər xəsarət alıb. APA-nın DHA-ya istinadən verdiyi xəbərə görə, İstanbul-Ərzurum marşrutu ilə hərəkət edən avtobusda 46 sərnişin olub.
Qəzanın səbəbləri araşdırılır. Xəsarət alanların arasında əcnəbilərin olub-olmaması barədə məlumat verilmir.