İsmayıllıda qadını döyərək öldürmüş şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, iyulun 2-də İsmayıllı şəhəri Q.Aslanov küçəsində şəhər sakini Rəbiyyə Talıbovanın üzərində zorakılıq əlamətləri (döyülmə xarakterli) olan meyiti tapılıb.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində R.Talıbovanı taxta parçası ilə döyərək öldürmüş İsmayıllı rayon sakini Elbrus Cəbiyev tutulub.