İşğal altındakı kəndlərə od vuruldu
16 iyul 2015 13:56 (UTC +04:00)

İşğal altındakı kəndlərə od vuruldu

 Ermənistanın işğalçı ordusu nəzarət etdikləri Azərbaycan torpaqlarında gecələr yanğın törətməkdə davam edirlər.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, ermənilər Ağdam şəhərinin xarabalıqlarına və rayonun işğal altında olan Muğanlı, Abdal Gülablı kəndlərinin ərazilərinə, həmçinin həmin istiqamətlərdə yerləşən dağ massivlərində meşə və quru otlaq sahələrinə od vurublar.

 

Sözügedən istiqamətlərdə səhər saatlarınadək  güclü alov müşahidə olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 172
avatar

Oxşar yazılar