İşə düzəlmək üçün 520 manat verdi, aldadıldı
10 aprel 2016 13:59 (UTC +04:00)

İşə düzəlmək üçün 520 manat verdi, aldadıldı

0

Abşeron rayon sakini üzləşdiyi dələduzluq əməli ilə bağlı polisə müraciət edib. Lent.az-ın məlumatına görə, Masazır qəsəbəsində yaşayan 1993-cü il təvəllüdlü Şıxəliyev Kamran Feyruz oğlu bildirib ki, Elçin adlı şəxs onu işə düzəldəcəyinə söz verib və 520 manat alıb. Lakin həmin şəxs vədinə əməl etməyərək dələduzluq edib.

 

Araşdırma nəticəsində dələduzluq etmiş şəxsin Yevlax rayon sakini olması müəyyənləşdirilib.

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 392

Oxşar yazılar