Ayaqqabısının dabanında narkotik keçirmək istədi
21 aprel 2016 17:24 (UTC +04:00)

Ayaqqabısının dabanında narkotik keçirmək istədi

0

 

 İrandan Azərbaycana piyada gələn yerli vətəndaşın ayaqqabısının dabanında narkotik vasitələr müəyyən edilib.

 

Gömrük Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunun əməkdaşları tərəfindən  aparılan yoxlamalar zamanı  həmin şəxsin ayaqqabısının sağ tayının tərliyinin daban hissəsinin altından - dabanın oyuqlarında gizlədilmiş cəmi 2 ədəd bükümdə, xalis çəkisi 0,238 qram olan narkotik vasitə - heroin və 3 ədəd həbdən ibarət metadon adlı dərman preparatı aşkar olunaraq götürülüb.

 

Xatırladaq ki, metadon adlı dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və 3 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,015 qram təşkil edir.

 

 Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 269

Oxşar yazılar